Prezident: Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik
Biz bu gün (Pakistanın Baş
naziri ilə - red.) müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı
müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində
işləyirik. Bunun üçün çox böyük potensial var.
TodayPress xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Pakistan biznes
forumunda deyib.
“Eyni zamanda,
bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə
verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda
qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin
yaradılması təklifimiz olacaqdır” deyən
dövlətimizin başçısı vurğulayıb ki, biz digər sahələrdə də çox böyük potensial
görürük.
tag: Pakistan, Azərbaycan, Prezident, ilham Əliyev, Forum, todaypress.az,