Prezident: “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk"

Xarici siyasət

21.04.2025 20:46

16

"Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb"

TodayPress xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibəsində deyib.

“Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir” deyə Azərbaycan Prezidenti bildirib.

tag: İlham Əliyev, Prezident,Çin, Müsahibə, Əməkdaşlıq, Beynəlxalq, todaypress.az,