Prezident: “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır”
Xarici siyasət
06.09.2024 12:03
“İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollara bərabər olmuşdur və burada artım üçün potensial var”.
TodayPress xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib.
“Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir” deyə dövlətimizin başçısı əlavə edib.
tag: Azərbaycan, İtaliya ,İlham Əliyev ,Çernobbio, ABŞ, todaypress.az,