Prezident ispaniyalı səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
01.11.2024 13:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.
TodayPress
xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident
İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin
başçısı Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı
insan tələfatı və dağıntılarla bağlı bir daha başsağlığı verdi və bununla
əlaqədar İspaniya Hökumətinin Sədri Pedro Sançezə məktub göndərdiyini qeyd
etdi.
Səfir
başsağlığına və məktuba görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
O,
Azərbaycanın COP29-a ev sahibliyi etməsinin və sədrliyinin, həmçinin ölkəmizin
iqlim dəyişmələri prosesindəki mübarizəyə töhfə vermək əzminin yüksək
qiymətləndirildiyini vurğuladı, bu tədbirin Azərbaycanda uğurla keçiriləcəyinə
əminliyini ifadə etdi.
Kristina
Latore Sanço bildirdi ki, İspaniya Hökumətinin Sədri COP-un təşkilində
Azərbaycan Prezidentinin şəxsi təşəbbüsünü yüksək qiymətləndirir. Səfir iqlim
dəyişmələri ilə bağlı mübarizə işində dövlətimizin başçısının fəaliyyətini qeyd
edərək, ümumilikdə COP29 kimi mühüm tədbirin təşkilinə görə Azərbaycan tərəfinə
və şəxsən dövlətimizin başçısına İspaniya Hökuməti adından minnətdarlığını
bildirdi.
Prezident
İlham Əliyev COP29-un keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az
vaxtın olmasına baxmayaraq bütün işlərin yüksək səviyyədə təşkil edilməsi üçün
Azərbaycan tərəfinin böyük səy göstərdiyini dedi.
Dövlətimizin
başçısı İspaniya Hökumətinin Sədrinin COP29-da iştirakından məmnunluğunu
bildirərək, qeyd etdi ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində
ölkəmizə ilk səfər olacaq.
Səfər
çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli münasibətlərimizin inkişafına
yeni təkan verəcəyinə ümidvarlıq ifadə olundu.
Azərbaycanın
füsunkar ölkə və Bakının çox gözəl şəhər olduğunu deyən səfir ölkəmizdən xoş
təəssürat aldığını bildirdi.
Görüşdə
Azərbaycanla İspaniya arasında əməkdaşlığın müxtəlif sahələrdə
genişləndirilməsi, bu xüsusda aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi
qrupunun yaradılması məsələsi qeyd olundu. Ölkələrimiz arasında iqtisadiyyat,
ticarət, turizm, energetika və digər sahələrdə əməkdaşlıq üçün geniş
perspektivlərin olduğu vurğulandı. Orta Dəhlizin İspaniya şirkətlərinin region
ölkələri ilə əlaqələrinin inkişafı üçün əlverişli perspektivlər açdığı qeyd
edildi.
Söhbət
zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi
aparıldı.
***
10.48
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul
edib.
tag: Prezident,İlham Əliyev, İspaniya, Kristina Latore Sanço, Etimadnamə, todaypress.az,