Prezident İlham Əliyevin Misirdə rəsmi qarşılanma mərasimi oldu - YENİLƏNİB
Xarici siyasət
08.06.2024 11:41
İyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
TodayPress xəbər verir ki, hər iki ölkənin Dövlət
bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısının şərəfinə toplardan yaylım atəşi
açıldı.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan Respublikasının və Misir Ərəb
Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin
başçısına raport verdi.
Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin
qarşısından keçdilər.
Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan
nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olundu.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
tag: Prezident, İlham Əliyev, Misir, Qarşılama, Azərbaycan, todaypres.az,