Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşdü
Xarici siyasət
13.11.2024 21:35
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri
Kiriakos Mitsotakis ilə görüşüb.
TodayPress xəbər
verir ki, Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə
təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, Bakı ilə Afina arasında birbaşa uçuşların təşkili məsələləri qeyd edildi.
tag: Yunanıstan, Azərbaycan, Prezident, COP29, Baş Nazir, todaypress.az,