Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəldi

Xarici siyasət

05.03.2025 13:47

1293

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib. 

TodayPress xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Dövlətimizin başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşıladılar.

tag: Prezident,İlham Əliyev,Səfər,Türkiyə,Todaypress.az,

photo