Prezident İlham Əliyev Litvalı həmkarı ilə görüşdü - YENİLƏNDİ
Xarici siyasət
18.07.2024 18:30
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin
müraciətinə əsasən Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə
görüşüb.
TodayPress xəbər verir
ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri
müzakirə olunub.
COP29-un keçirilməsi
münasibətilə Prezident İlham Əliyevi təbrik edən Litva Prezidenti bu tədbirə dəvətə
görə təşəkkürünü bildirdi və Bakıda COP29 çərçivəsində dövlətimizin başçısı ilə
görüşəcəklərini vurğulayıb.
Gitanas Nauseda Azərbaycana
rəsmi səfərini və səfər zamanı müzakirə olunmuş məsələləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı regional
sülh gündəliyi və Azərbaycan-Avropa İttifaqı əlaqələri barədə fikir mübadiləsi
aparılıb.
Görüşdə Böyük Britaniya
tərəfinin Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla
Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən
müsbət cavablandırılmaması çox böyük təəssüf hissi ilə vurğulanıb.
***
17.21
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin
müraciətinə əsasən Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə
görüşüb.
tag: Prezident, İlham Əliyev,Litva, Gitanas Nauseda, todaypress.az,