Prezident İlham Əliyev Kamboca Kralına təbrik məktubu ünvanladı

Xarici siyasət

09.11.2024 11:22

Prezident İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

TodayPress xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Kamboca xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

tag: Prezident, İlham Əliyev, Təbrik məktubu,Kamboca,Norodom Sihamoni, todaypress.az,