Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
11.11.2024 13:36
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının
Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
TodayPress xəbər verir ki, iqlim dəyişmələri
və ətraf mühit məsələlərinə xüsusi önəm verdiklərini deyən İraq Prezidenti
iqlim dəyişmələri mövzusunda əldə olunmuş razılaşmanın icrasının vacibliyinə
toxundu. Qonaq müharibələrin və hərbi münaqişələrin
ətraf mühitə ən böyük təhlükə yaratdığını dedi. Əbdüllətif Camal Rəşid ölkəsinin
COP29-da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğuladı. İraq
Prezidenti ikitərəfli əlaqələrimizin uğurla inkişaf etməsindən məmnunluğunu
bildirdi.
Azərbaycanın
nəticəyönümlü danışıqlara üstünlük verdiyini deyən Prezident İlham Əliyev
vurğuladı ki, ölkəmiz qlobal iqlim dəyişmələri üzrə dövlətlər arasında həmrəylik
yaratmağa və körpülər qurmağa çalışır. COP29-da yeni maliyyə hədəfinin müəyyən
olunmasının önəminə toxunan dövlətimizin başçısı bu tədbirdə iştirak etmək üçün
70 minə yaxın insanın qeydiyyatdan keçdiyini bildirdi. Prezident İlham Əliyev
Azərbaycanın ev sahibi kimi COP-a hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə
gördüyünü, necə deyərlər, şəhər içində şəhər tikdiyini dedi, konfrans məkanında
istifadə olunan materialların davamlılıq tələblərinə tam uyğun olduğunu
bildirdi.
Dövlətimizin
başçısı vurğuladı ki, COP-u bəhanə edərək qərbyönümlü mediada Azərbaycana qarşı
haqsız hücumlar edilir.
Azərbaycan ilə
İraq arasında münasibətlərə toxunan dövlətimizin başçısı ikitərəfli hökumətlərarası
komissiyanın fəaliyyət göstərdiyini qeyd etdi.
***
12.34
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif
Camal Rəşid ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, İraq,Əbdüllətif Camal Rəşid , todaypress.az,