Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
11.11.2024 17:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
TodayPress xəbər verir ki, Prezident İlham Əliyev
Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik
Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək,
ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bu seçkilərin nəticələrinin gürcü
xalqının iradəsini əks etdirdiyini vurğulayıb.
İrakli Kobaxidze təbriklərə görə təşəkkürünü
bildirib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və
qardaşlıq əlaqələrinin olduğu vurğulandı, siyasi, iqtisadi, nəqliyyat sahələrində
əməkdaşlığımızın müsbət nəticələri qeyd edilib.
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini ölkəmizə
rəsmi səfərə dəvət edib.
İrakli Kobaxidze də öz növbəsində dövlət başçısını
Gürcüstana səfərə dəvət edib.
Həm Azərbaycan Prezidenti, həm də Gürcüstanın Baş
naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək, dəvətləri məmnunluqla qəbul
ediblər.
***
16.07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Gürcüstan, Kobaxidze,Baş Nazir, todaypress.az,