Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Xarici siyasət
10.09.2024 20:08
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair
Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
TodayPress-in xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə qardaş Əlcəzair xalqının şəxsən Sizə,
tutduğunuz siyasi xəttə böyük inam və etimadının aşkar təzahürüdür.
Biz Azərbaycan-Əlcəzair dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası
əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq
ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı
əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan
sonra da uğurla davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Əlcəzair
xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə daim müvəffəqiyyətlər
arzulayıram".
tag: İlham Əliyev, Prezident,Abdelmacid Tebbuna,Əlcəzair ,todaypress.az,