Prezident İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşdü - YENİLƏNDİ

Xarici siyasət

21.01.2025 17:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. 

TodayPress xəbər verir ki, COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. 

İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə edib. 

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib. 

Dövlətimizin başçısı İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayıb. 

Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunulub. 

Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edildi, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.  

***

16:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.


tag: İraq,Prezident,Görüş,İlham Əliyev,Camal Rəşid,

photo