Prezident İlham Əliyev Ceyms O’Braynı qəbul etdi - YENİLƏNDİ
Xarici siyasət
28.06.2024 12:23
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları
Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul
edib.
TodayPress xəbər
verir ki, Ceyms O’Brayn ABŞ-ninDövlət katibi Antoni Blinkenin bu yaxınlarda
Prezident İlham Əliyev ilə telefon danışığını və bu əsnada aparılan müzakirələri
məmnunluqla qeyd etdi. O, ABŞ-ın regional sülh gündəliyinin irəliyə
aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğuladı.
Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin
strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd
etdi. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə
olundu.
Prezident İlham
Əliyev Antoni Blinkenlə telefon danışığını məmnunluqla xatırladı, bu telefon
danışığı əsnasında əlaqələrimizin geniş spektrinin müzakirə olunduğunu dedi.
Azərbaycan ilə ABŞ
arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın
qurulduğu vurğulandı.
Söhbət zamanı Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında
enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin
səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edildi. COP29-un uğurla nəticələnməsi
üçün ABŞ-nin öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurğulandı.
tag: O`Brayn, Prezident, İlham Əliyev, ABŞ, Siyasət, todaypress.az,