Prezident İlham Əliyev Belarus Prezidenti ilə görüşdü - YENİLƏNDİ
Xarici siyasət
11.11.2024 20:13
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
TodayPress xəbər verir ki, dövlətimizin başçısı Prezident
Aleksandr Lukaşenkonun dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə
minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti vurğuladı ki, COP29-a hazırlıq
işlərinə az vaxtın olmasına baxmayaraq, bu işlər yüksək səviyyədə həyata
keçirilib.
Aleksandr Lukaşenko Bakının gözəlliyinin bu dəfə də onda
dərin təəssürat hissi yaratdığını dedi.
Söhbət zamanı ikitərəfli münasibətlərin bütün sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli
əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, ümumi ticarət dövriyyəsinin 41
faiz artdığı bildirildi.
İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq
işlərində, modul tipli evlərin tikintisində Belarus şirkətlərinin iştirakı
məmnunluqla qeyd olundu.
Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə
olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirdi.
Belarus dövlətinin başçısı bu ilin mayında Azərbaycana
səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı yaşayış binaları üçün liftlərin birgə
istehsalını təşkil etmək məqsədilə işlərin getdiyi vurğulandı, Ağdam rayonunda
aqroşəhərciyin salınması, kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində
əməkdaşlıq, kənd təsərrüfatı sahəsində kadrların hazırlanması və
mütəxəssislərin mübadiləsi məsələləri qeyd edildi.
***
17:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
tag: Prezident, İlham Əliyev,Belarus, Lukaşenko,Görüş, todaypress.az,