Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə getdi

Xarici siyasət

15.05.2025 18:47

37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib.

TodayPress xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlət başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.

tag: Azərbaycan ,Prezident,İlham Əliyev,Albaniya, Tirana,todaypress.az,