Prezident İlham Əliyev ADA-da keçirilən beynəlxalq forumda Avropa Komissiyasının Azərbaycana münasibətindən danışdı
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub.
TodayPress xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:
“Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”.
tag: Prezident,İlham Əliyev,Forum,Çıxış,Todaypress.az,