Prezident Hulusi Akarı qəbul etdi - FOTO

Xarici siyasət

21.02.2025 10:35

2195

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib. 

TodayPress xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.

Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib. 


tag: Prezident,İlham Əliyev,Hulusi Akar,Hədiyyə,Todaypress.az,

photo