Prezident “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak etdi - YENİLƏNDİ
Xarici siyasət
18.07.2024 19:40
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü
Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada
iştirak edib.
TodayPress xəbər verir ki,
dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz
strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər
ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci
ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil
edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə
ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr
olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Azərbaycanın təbii qazını səkkiz
ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və
Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd
ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş
nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində
mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına
daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan
qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.
Avropa Komissiyası Azərbaycanı
enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.
Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər
ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək
üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim
resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və
Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud
bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim
İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr
qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam
isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır. Mən bu məsələ
ilə bağlı şərhlərimi daha sonra bildirərəm.
Bizim enerji layihələrinə gəlincə,
Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə
ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə
çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində
Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən
Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə
nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının
50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına
çevrilmişik. Bizim qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də
istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz
avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız
yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə
uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi
istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq.
***
16:11
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü
Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada
iştirak edib.
TodayPress xəbər verir
ki, dövlət başçısı tədbirdə çıxış edib.
***
16.00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və əlaqə” mövzusunda dəyirmi masada iştirak edir.
tag: Prezident, İlham Əliyev, Dəyirmi Masa,Oksford, Enerji və Əlaqə, Avropa Siyasi Birliyi, todaypress.az,