Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
14.01.2025 12:47
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında yanvarın
14-də Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq
Mükafatının təqdimat mərasimi keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye
və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq
sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi
Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd
edib.
Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi
olub.
Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri
ilə xatirə fotosu çəkdirilib.
***
11.40
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi
Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat
mərasimi keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
***
10.44
Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir.
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
tag: Azərbaycan, Prezident, İlham Əliyev,Əbu-Dabi, todaypress.az,