Prezident Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
31.10.2024 15:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.
TodayPress xəbər
verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham
Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı
Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin
zəruriliyini vurğulayaraq, siyasi əlaqələrimizin, eləcə də iqtisadiyyatın müxtəlif
sahələrində, o cümlədən ticarət, investisiya və digər istiqamətlərdə əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Prezident İlham
Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsinin
önəmini qeyd etdi.
Səfir Banqladeş Xalq
Respublikasının Prezidenti Məhəmməd Şahabuddinin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Banqladeş
dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı
əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq Məhəmməd
Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğuladı, ona fəaliyyətində
uğurlar arzuladı.
Amanul Haq ikitərəfli
münasibətlərlə bağlı xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını
ifadə etdi.
COP29-un əhəmiyyətinə
toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını
bildirdi.
***
11.38
TodayPress
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
31-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.
tag: Prezident, İlham Əliyev, Banqladeş,Etimadnamə,Amanul Haq, todaypress.az,
![photo](/uploads/news/672335bd2dbac.jpg)