Prezident Albaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
31.10.2024 13:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir ki, səfir
etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə
söhbət etdi.
Dövlətimizin
başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini
vurğulayaraq, Azərbaycan və Albaniya prezidentlərinin qarşılıqlı səfərlərinin və
Albaniyanın Baş nazirinin ölkəmizə səfərinin əlaqələrimizin möhkəmləndirilməsi
işinə töhfə verdiyini bildirdi. Azərbaycan Prezidenti Albaniyanın Baş nazirinin
bir neçə gündən sonra COP29-da iştirak edəcəyini də vurğulayaraq, bütün
bunların ölkələrimiz arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini
dedi. Ölkələrimizin beynəlxalq səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd
edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda
Albaniya hökumətinin mövqeyimizi dəstəkləməsini yüksək qiymətləndirdi.
Səfir
Albaniyanın Baş naziri Edi Ramanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını
Albaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
Besart Kadia
Azərbaycanda səfir kimi fəaliyyətə başlamaqdan məmnunluğunu bildirərək, ölkələrimiz
və xalqlarımız arasında dostluğun və mədəni əlaqələrin önəminə toxundu.
Diplomat
Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə etdi.
COP29 tədbirinin
əhəmiyyətini vurğulayan səfir bu cür genişmiqyaslı tədbirlə bağlı Azərbaycanda
həyata keçirilən hazırlıq işlərinin dərin təəssürat hissi yaratdığını dedi.
Söhbət zamanı
iqtisadi əməkdaşlığımızın enerji, nəqliyyat, ticarət, turizm və digər sahələri əhatə
etməsindən məmnunluq ifadə olundu, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə
ümidvarlıq bildirildi.
***
11.27
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Albaniya
Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Besart Kadianın etimadnaməsini qəbul edib.
tag: Prezident, İlham Əliyev, Konqo, Etimadnamə, Besart Kadian, todaypress.az,