Pakistanın səfiri Azərbaycana başsağlığı verdi
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib.
TodayPress xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir" deyə səfir yazıb.
Xatırladaq ki, martın 19-da Gədəbəy istiqamətində qar uçqunu nəticəsində Azərbaycan ordusunun iki əsgəri Əli İmanov və Ruslan Həmidov həlak olublar. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində hər iki əsgərin meyiti tapılıb və ailəsinə təhsil verilib.
tag: Pakistan,Azərbaycan,Səfir,Qasım Mohiuddin,Gədəbəy,Əsgər,todaypress.az,