Özbəkistan milli geyimlərindən ibarət kolleksiya nümayiş olundu- YENİLƏNDİ
Xarici siyasət
23.08.2024 22:06
Azərbaycan
Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida
Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət
sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya
baxıblar.
TodayPress xəbər
verir ki, “Sevgi bağında” adlı sərgidə Özbəkistanın Xalq rəssamı Akmal Nurun
son illərdə çəkdiyi əsərlər nümayiş olunur.
Xalq rəssamı
Akmal Nur sərgidə yer alan əsərləri barədə məlumat verdi. Bildirdi ki,
əsərlərdə ana sevgisi və kənd həyatının motivləri, ailə və ən əsası Tanrının
insana bəxş etdiyi talelər canlandırılıb.
Sonra birinci
xanımlar və qızları naxışçı Mədinə Kasımbayevanın kolleksiyası ilə tanış
oldular. Hər bir məmulat ənənəvi özbək naxışvurmasının müxtəlif texnikalarından
istifadə olunmaqla əllə yerinə yetirilib.
Qeyd olunub ki,
“Süzane” naxışının vurulmasında pambıqdan və ipəkdən yalnız evdə hazırlanmış
materiallardan istifadə olunur. Saplar əllə boyanır, sonra dağ kvarsı və duz
əlavə olunmaqla qaynadılır ki, bu da saplarda boyanın uzunmüddətli qalmasından
ötrüdür.
Birinci xanım Mehriban Əliyevaya Özbəkistan mədəniyyətinin təbliğ olunduğu xatirə hədiyyələri təqdim edilib.
***
17:26
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub və Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.
tag: Mehriban Əliyeva, Özbəkistan, Ziroatxon Mirziyoyeva, Saida Mirziyoyeva ,Akmal Nur ,todaypress.az,