OPEC-in Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanladı

Xarici siyasət

02.04.2025 20:20

1113

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress xəbər verir ki, məktubda deyilir:


"Möhtərəm cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və ailənizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mənəvi yüksəliş rəmzi olan, sevinc, şükür, səxavət hissi ilə qeyd olunan Ramazan bayramı ailələr, dostlar və daha geniş icmalar arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Uca Allahdan Sizə və yaxınlarınıza cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzulayıram.

OPEC Katibliyinin bütün kollektivi adından Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 

tag: Neft, OPEC, Preident, İlham Əliyev, Təbrik, Ramazan, Bayram,todaypress.az,