Omaro Kolaqo: “Fransa Afrikada ekologiyanı, mədəniyyəti məhv etdi”
Xarici siyasət
03.10.2024 13:35
“Afrikalılar neokolonializm əsarətində olduqları illərdə nə iqtisadiyyatları, nə də mədəniyyətlərinin inkişafına imkan verilməyib”.
TodayPress xəbər verir ki, bunu Burkina Fasonun nümayəndəsi Omaro Kolaqo “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr olunmuş beynəlxalq konfransda deyib.
“Mədəniyyəti olmayan cəmiyyətin inkişafı əsla düşünülə bilməz. Afrikalıların heç özünü və inkişafı haqqında düşünməyə imkan verilməyib. Fransız hakimiyyəti ekologiyanı, mədəniyyəti məhv edib. Lakin heç kim unutmasın ki, bizim güclü iradəmiz və ordumuz var. Biz neokolonializmlə sonuna qədər mübarizə aparacıq” deyə o, bildirib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.
Töhfə Səməd
tag: Bakı, Fransa,Neokolonializm,Afrika, todaypress.az,