Nyu Yorkda Azərbaycan bayrağı qaldırıldl
Xarici siyasət
18.10.2024 22:50
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü
münasibətilə ABŞ-nin Nyu York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb.
TodayPress dövlət bayrağı Nyu York şəhərinin simvolu
və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən
birində - "Wall Street"də yerləşən "Bowling Green" parkında
asılıb.
Layihə Azərbaycan Nyu York Assosiasiyasının
vitse-prezidenti Zəminə Mirhadıyevanın təşkilatçılığı ilə həyata keçirilib.
Mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Nyu Yorkda
yaşayan həmvətənlərimiz, diaspor aktivləri iştirak ediblər.
Azərbaycan və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.
Y.Əliyev çıxışında Müstəqilliyin Bərpası Günü
münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azərbaycan bayrağı 10 gün ərzində ərazidə dalğalanacaq.
Qeyd edək ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir
çox tarixi günlərdə üçrəngli bayraq Nyu York səmalarını bəzəyib. "Bowling
Green" Nyu Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi
tanınır.
tag: ABŞ, Azərbaycan, Bayraq, BMT, todaypress.az,