Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik etdi
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan
Nazarbayev Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
TodayPress xəbər
verir ki, təbrikdə deyilir:
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham
Heydər oğlu.
Sizi möhtəşəm
bahar bayramı olan Novruz münasibətilə təbrik edirəm. Qoy bu bayram
xalqlarımızın dostluğunu, birliyini daha da möhkəmləndirsin, hər bir ailəyə
sevinc və bolluq gətirsin. Ortaq dəyərlərimizə və adət-ənənələrimizə əsaslanan
Novruzun ölkələrimizə əmin-amanlıq, firavanlıq bəxş etməsini arzulayıram.
Hörmətli İlham
Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, ailənizə
firavanlıq, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və sabitlik diləyirəm.
tag: Ramazan, Təbrik, İlham Əliyev, Prezident, Qazaxıstan, Nursultan, Nazarbayev, todaypress.az,