Nizami Səfərov: “Fransa Afrikada quldarlığı miras qoydu”

Xarici siyasət

03.10.2024 10:53

“Fransa Afrika qitəsində özündən sonra quldarlığı miras qoydu”. 

TodayPress xəbər verir ki,  bunu deputat Nizami Səfərov “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr olunmuş beynəlxalq konfransda deyib.

O, bildirib ki, insanlıq əleyhinə cinayətlərin konsepsiyası trans-atlantik qul siyasəti ilə bağlıdır. Bunun isə əsas mənbəyi Afrikadakı quldarlıq və qul ticarətdir. Burada isə sözsüz ki, Fransa baş rol oynayır. 

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Töhfə Səməd

tag: Fransa ,Cinayətlər ,Burkina Faso, Qvineya-Bisau ,Afrika ,Nizami Səfərov, todaypress.az,