Nepal Prezidenti Azərbaycan XİN rəhbərinin müavinini qəbul etdi

Xarici siyasət

02.05.2025 11:34

15

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Nepal Prezidenti Ramçandra Paudel tərəfindən qəbul edilib.   

TodayPress xəbər verir ki, bu barədə Nepal mənbələri məlumat yayıb. 

Mayın 2-i Katmanduda Prezident sarayında keçirilən görüşdə Prezident Paudel iki ölkə münasibətləri arasında yeni inkişaf tempindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Nepal və Azərbaycan arasında ilk siyasi məsləhətləşmə ötən çərşənbə günü Azərbaycanın xarici işlər nazirinin müavini Məmmədovun gəlişindən sonra keçirilib. 

2024-cü ilin noyabrında Azərbaycanda keçirilən Qlobal İqlim Konfransı COP-29-da Nepalı təmsil etdiyini xatırladan dövlət başçısı Nepal ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

tag: Nepal,XİN,Elnur Məmmədov,Görüş,Todaypress.az,

photo