NATO PA-nın yaz sessiyasında bu məsələlər müzakirə ediləcək

Xarici siyasət

26.05.2024 15:12

Mayın 25-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası öz işinə başlayıb. Mayın 27-dək davam edəcək sessiyada Alyansa üzv 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, iqlim və enerji təhlükəsizliyi, Qara dəniz regionunun təhlükəsizliyi, NATO-nun yeni müdafiə planının həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılır.

Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edirlər.

(Report)

tag: NATO, Milli Məclis, Todayxəbər, todaypress.az,