Musa Ali Omar: “Somali Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir”

Xarici siyasət

13.05.2025 12:50

54

“Somali Afrika ölkəsi olaraq bütün sahələrdə xarici əməkdaşlığa dəyər verir. Burada Azərbaycanın xüsusi yeri var”. 

Somali Kənd Təsərrüfatı İnkişaf Kooperativlərinin prezidenti Musa Ali Omar bunu TodayPress-ə danışarkən deyib. 

“Azərbaycanla yaxşı münasibətlərimiz var və ümid edirik ki, bu əlaqələri daha da inkişaf etdirəcəyik”. 

O, Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisini çox bəyəndiyini və Azərbaycana yenidən və səfər etməyi arzuladığını vurğulayıb.   

Töhfə Səməd

tag: Musa Ali Omar,Somali,Azərbaycan,Kənd Təsərrüfatı,Todaypress.az,