Müdafiə naziri Pakistana başsağlığı verdi
Xarici siyasət
09.11.2024 20:31
Azərbaycanın müdafiə
naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş
Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı
ünvanlayıb.
Bu barədə TodayPres-ə Müdafiə Nazirliyindən bildirilib.
Başsağlığında deyilir: "Pakistanın Bəlucistan
əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında baş
verən terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni
hədsiz kədərləndirdi.
Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə
qınayırıq.
Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət
diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə
başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.
tag: Zakir Həsənov, Azərbaycan,Müdafiə Nazirliyi, Pakistan, todaypress.az,