Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirildi
Xarici siyasət
18.09.2024 00:12
Moskvada Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.
Bildirilib ki,
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev arasında 2024-cü il avqustun 19-da Bakıda keçirilən danışıqlar
zamanı əldə olunmuş razılaşmaların inkişafında həmsədrlər ikitərəfli
ticarət-iqtisadi və elmi və texniki əməkdaşlığın aktual məsələlərini müzakirə
ediblər.
Nəqliyyat,
təhsil, ətraf mühitin mühafizəsi sahələrində qarşılıqlı fəaliyyətə xüsusi diqqət
yetirilib.
Rusiya
Federasiyası və Azərbaycan Respublikası üçün qarşılıqlı maraq doğuran digər
məsələlərə də baxılıb.
Aleksey Overçuk
və Şahin Mustafayev Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə
möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır
olduqlarını təsdiqləyiblər.
tag: Moskva, Azərbaycan, Vladimir Putin, İlham Əliyev,todaypress.az,