Moskvada Heydər Əliyevin abidəsinin təməli qoyuldu - FOTO

Xarici siyasət

04.03.2025 14:10

1731

Rusiya paytaxtında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacaq. 

TodayPress xəbər verir ki, Ulu Öndərin abidəsi Azərbaycanın Rusiyadakı səfirliyinin yanındakı Nizami Gəncəvinin heykəli olan parkda qoyulacaq. 

Bu gün həmin parkda Heydər Əliyevin abidəsinin təməli qoyulub. Təməlqoyma mərasimində Moskva meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev, Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər. 

Abidənin qoyulmasının təşəbbüskarları Heydər Əliyevin rəhbərliyi ilə işləmiş Baykal-Amur Magistralının (BAM) tikintisinin veteranları olub. (APA) 

tag: Heydər Əliyev,Moskva,Büst,Xatirə ,Todaypress.az,

photo