Mikayıl Cabbarov Pakistana səfər edəcək

Xarici siyasət

07.04.2025 10:10

13

Aprelin 8-i iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq üçün bu ölkəyə səfər edəcək.

TodayPress bu barədə Pakistanın xarici işlər nazirliyinə istinadən xəbər verir.

Səfər zamanı M.Cabbarov Baş nazir Şahbaz Şəriflə görüşəcək.

O, Baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshak Darın rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə investisiya məsələlərini müzakirə edəcək.

tag: Mikayıl Cabbarov,Nazir,Pakistan,Səfər,Todaypress.az,