Metyu Miller: "Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir"
Xarici siyasət
22.07.2024 22:35
“Amerika Birləşmiş Ştatları Azərbaycan
və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam
etdirir”.
TodayPress xəbər verir ki,
bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə
deyib.
“Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir. Biz bu prosesi dəstəkləməyə sadiqik. Artıq sülhün vaxtıdır. Biz bu sazişə nail olmaq üçün çalışmağa davam edirik” deyə o qeyd edib.
tag: Metyu Miller, Dövlət Departamenti, Sülh, Azərbaycan ,Ermənistan, todaypress.az,