Mərakeşin Kralı Prezident İlham Əliyevi təbrik edib
Xarici siyasət
26.05.2024 13:01
Mərakeşin Kralı VI Məhəmməd
Prezident İlham Əliyevi təbrik edib.
TodayPress
xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri,
əziz Qardaşım.
Azərbaycan
Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və
Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik
arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik
rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.
Bu
xoş fürsətdən istifadə edərək bildirirəm ki, ölkələrimiz arasındakı sıx dostluq
əlaqələri əsasında mövcud olan xüsusi münasibətlərimizə böyük dəyər verirəm.
Əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında bütün
sahələrdə əlaqələri genişləndirməkdə və şaxələndirməkdə Siz də mənim qədər
maraqlısınız”.
tag: Siyasət, 28may, İlham Əliyev, todaypress.az, Xəbər,