Mekaqau Obama Elizabet: “Fransa bizim tariximizi məhv edib”

Xarici siyasət

03.10.2024 12:10

“Fransa bizə imkan verməyib ki, biz öz tariximizi yazaq”. 

TodayPress xəbər verir ki, bunu afrikalı aktivist, gender məsələləri üzrə ekspert və Pan-Afrika hərəkatının lideri Mekaqau Obama Elizabet “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr olunmuş beynəlxalq konfransda deyib.

“İllərlə bizim təbii sərvətlərimizdən, enerjilərimizdən, ümumiyyətlə bizə məxsus olan bütün imkanlardan istifadə ediblər. Biz öz şəxsiyyətimizi, varlığımızı itirmişik. Onlar bizdən faydalanıblar. 

Biz indi bu siyasəti tamamilə kökündən dəyişmək istəyirik. Bütün beynəlxalq təşkilatlarda öz səsimizi eşitdirib, konvensiyanı dəyişmək istəyirik. Biz öz sərbəst dövlət idarəçiliyi modelimizi formalaşdırmaq istəyirik” deyə o, bildirib. 

O, sonda Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib ki, Azərbaycanda artıq neçənci səfərdir ki, bu tipli konfranslar keçirilir və neokolonializmin illərlə qurbanı olmuş ölkələr gəlib burada çıxış edə bilirlər. 

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Töhfə Səməd

tag: Mekaqau Obama, Fransa ,Bakı, Azərbaycan ,Afrika ,İdarəçilik, Mayot ,todaypress.az,