Lukaşenko təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə başsağlığı verdi
Xarici siyasət
25.12.2024 15:06
Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəvi ölümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
TodayPress xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
"Belaruslular qardaş Azərbaycan xalqının yaşadığı bu faciənin ağır yükünü və yeri doldurulmayan itkilərin kədərini bölüşür" agentlik bildirib.
tag: Azərbaycan, Belarus, Prezident ,Faciə,todaypress.az,