Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik etdi

Xarici siyasət

26.03.2025 15:25

1077

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. 

TodayPress xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident. 

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.  Bayramınız mübarək!".

tag: Liviya,Prezident,İlham Əliyev,Təbrik,Todaypress.az,