Litvanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşdü

Xarici siyasət

04.03.2025 05:11

2699

Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Keştutis Vaskaleveçius Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

TodayPress xəbər verir ki, o, bu barədə “X”də yazıb.

Diplomat qeyd edib ki, görüş zamanı ikitərəfli gündəliyin genişləndirilməsi, tərəflərin strateji prioritetləri və geniş regionda geosiyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.

tag: Hikmət Hacıyev, Azərbaycan, Litva, Səfir, Türkmənistan ,todaypress.az,