Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində oldu
Xarici siyasət
21.12.2024 20:05
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva dekabrın 21-də Nayrobi şəhərində bu ölkənin ən
qədim təhsil ocaqlarından olan Nayrobi tam orta məktəbinə baş çəkib.
TodayPress xəbər verir ki, məktəbdə
Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi
çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompüter sinfinin
açılışı olubş
Sonra Leyla
Əliyeva Nayrobi şəhərindəki Kangemi Tibb Mərkəzinə gəlib. Mərkəzin yeni doğulan
uşaqlar üçün bölməsi ilə tanışlıq olub. Heydər Əliyev Fondu tərəfindən Tibb
Mərkəzinə küvəzlər, eləcə də analara Yeni il münasibətilə hədiyyələr təqdim
edilib.
tag: Leyla Əliyeva, Vitse-Prezident, Nayrobi, Kankemi,Afrika, todaypress.az,