Lavrov: Oktyabrda Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tuta bilər
Xarici siyasət
28.09.2024 22:55
Azərbaycan və Ermənistan liderləri arasında
görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə
yetirməyə hazırdır.
TodayPress xəbər verir ki, bunu BMT Baş Assambleyasının
79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Rusiyanın xarici işlər
naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, oktyabrda baş tutacaq MDB və ya BRICS
sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta
bilər:
"Əgər onlardan təklif gələrsə, bir hər zaman bu
danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək
istəsələr, biz hazırıq.
2020-ci ilin noyabr ayının əvvəlində iştirakımızla
razılaşdırılanları həyata keçirməyə də həmişə hazırıq. İki il ərzində Rusiya,
Azərbaycan və Ermənistan liderləri üç dəfə görüşüblər. Üçtərəfli işçi qrupu
yaradılıb, nəqliyyat və kommunikasiyaların bərpası, sərhədlərin demarkasiyası,
delimitasiyası və sair mexanizmlər üzərində birgə işləmişik. Biz çiyin-çiyinə
durmağa və orada təsbit olunmuş bütün öhdəliklərə əməl etməyə hazırıq".
tag: Azərbaycan, Ermənistan, Rusiya, XİN, todaypress.az,