Laçın və İrpen şəhəri arasında qardaşlaşma sənədi imzalandı

Xarici siyasət

30.09.2024 16:05

Azərbaycanın Laçın şəhəri ilə Ukraynanın İrpen şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında paylaşım edib. İmzalanma mərasimi İrpenin meri Oleksandr Markuşinin Laçına səfəri çərçivəsində baş tutub.

Seymur Mərdəliyev onu da qeyd edib ki, bu addım regionlar arasındakı əməkdaşlıqda yeni səhifənin açılmasına səbəb olacaq.

tag: Azərbaycan, Ukrayna, Laçın, İrpen, Qardaşlaşma Sənədi, Seymur Mərdəliyev ,todaypress.az,