Küveyt Əmiri Azərbaycan liderini təbrik etdi

Xarici siyasət

02.04.2025 15:46

2749

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress xəbər verir ki, məktubda deyilir: 

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.  Müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.  Uca Allahdan Zati-alinizə cansağlığı, uzun ömür, dost ölkənizə və xalqınıza davamlı inkişaf, tərəqqi, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq diləyirəm. Bayramınız mübarək!"

tag: Küveyt ,İlham Əliyev,Təbrik,Ramazan,Todaypress.az,