Kaya Kallas Ukraynaya yardım göstərdiyi üçün Azərbaycana təşəkkür etdi

Xarici siyasət

25.04.2025 13:48

11

“Azərbaycan regionda əhəmiyyətli tərəfdaşıdır”.   

TodayPress xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas bunu aprelin 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.   

Ali nümayəndənin sözlərinə görə, Azərbaycan həm də Aİ üçün mühüm tərəfdaşdır.   

“Azərbaycan enerji təchizatımızın şaxələndirilməsində bizə yardım edir. Ukraynaya yardım etdiyinə, COP29-a yüksək səviyyəli ev sahibliyi etdiyinə görə də Azərbaycana təşəkkür edirəm”.   

Töhfə Səməd

tag: Ceyhun Bayramov,XİN,Kaya Kallas,Görüş,Todaypress.az,