Kamran Əliyev: “Azərbaycan beynəlxalq məhkəmələrlə birbaşa əlaqədədir”
Xarici siyasət
01.10.2024 08:47
Ermənistanın təcavüzkar hərəkətləri ilə bağlı Azərbaycan hökuməti Beynəlxalq Ədalət Məhkəməsində bir sıra iddialar qaldırıb.
TodayPress xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, prokurorluq istintaq zamanı əldə etdiyi sübutları zəruri olan hallarda beynəlxalq məhkəmələrdə istifadə olunması üçün təqdim edir. Bir sözlə Azərbaycanın müvafiq orqanları ilə beynəlxalq məhkəmələr birbaşa əlaqədədir.
Töhfə Səməd
tag: Baş prokurorluq,Şəhidlər Xiyabanı,Kamran Əliyev,Ziyarət,Peşə bayramı,todaypress.az,