Kalqaridə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi
Kalqaridə yaşayan Azərbaycan icması Xocalı faciəsi qurbanlarının xatirəsinə qoyulmuş skamyanın ətrafına toplaşaraq soyqırımında həlak olmuş dinc əhalini bir dəqiqəlik sükutla yad edib.
TodayPress xəbər verir ki, çıxışçılar bu hadisənin təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğulayaraq, onun dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər.
Sonda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq lövhənin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, 2014-cü ildə Kalqarinin “Edworthy” parkında açılışı olan skamyanın üzərində “Xocalı faciəsi qurbanlarının xatirəsinə” sözləri yazılmış memorial lövhə vurulub.
Kalqaridə yaşayan Azərbaycan icmasının üzvlərinin soyqırımı qurbanlarına olan ehtiramının və tarixi ədalətin bərpası üçün apardıqları davamlı fəaliyyətin nəticəsində lövhənin orada qalma müddəti daha 10 il artırılıb.
tag: Kalqari,Xocalı,Soyqırım,Xatirə,Anım,Todaypress.az,