Jelka Tsviyanoviç İlham Əliyevi təbrik etdi
Bosniya
və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham
Əliyevə təbrik məktubu ünvanlayıb.
TodayPress xəbər verir ki, məktubda deyilir:
Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli
cənab Prezident.
Novruz bayramı
münasibətilə Sizə və Azərbaycan xalqına Bosniya və Herseqovinanın Rəyasət
Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Canlanmanı, ümidi və
birliyi təcəssüm etdirən bu qədim bayram ailələri və icmaları sülh və
firavanlıq ruhunda bir araya gətirərək dərin əhəmiyyət kəsb edir. Bu bayram
münasibətilə şəxsən Sizə və Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı və davamlı
uğurlar arzulayıram.
Mən əməkdaşlığımızın
davamlı olmasını diləyir, xalqlarımız arasında dostluq münasibətlərinin daha da
möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Bu arzularla bayramınızı bir daha
təbrik edirəm.
tag: İlham Əliyev, Təbrik, Ramazan, Bayram, Preident, todaypress.az,